21 C
Baku
Saturday, May 25, 2024

Ukrayna BVF-dən 890 mln. dollarlıq ikinci tranşı alıb

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) 890 milyon dollar məbləğində ikinci tranşı alıb. Artıq vəsait ölkənin dövlət büdcəsinin ümumi fonduna köçürülüb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilir.

İndi Ukrayna BVF-dən artıq 3.59 milyard dollar alıb. Genişləndirilmiş Fond Mexanizmi (EFF) proqramı çərçivəsində ümumi maliyyə 15.6 milyard dollar təşkil edir.

“Təqdim olunan vəsaitlər sayəsində biz Ukraynada iqtisadi sabitliyi qoruyub saxlamaqda və dövlət büdcəsinin prioritet xərclənməsini təmin etməkdə davam edə bilərik”, – Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, martın sonunda Beynəlxalq Valyuta Fondu Ukrayna üçün 15.6 milyard dollar dəyərində dörd illik Genişləndirilmiş Maliyyələşdirmə Proqramını (EFF) təsdiqləyib. Bu proqram çərçivəsində BVF 2.7 milyard dollar məbləğində birinci tranş ayırıb. Bu proqram Ukraynaya 115 milyard dollar dəyərində qiymətləndirilən ümumi beynəlxalq dəstək paketinin bir hissəsidir.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər