-1 C
Baku
Sunday, February 23, 2025

Ukrayna Danimarkadan F-16 qırıcılarının ikinci partiyasını alıb

Danimarka F-16 qırıcı təyyarələrinin ikinci partiyasını Ukraynaya göndərib.

Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Danimarkanın Ukrayna üçün göndərdiyi F-16 qırıcılarının ikinci partiyası artıq ölkədədir”, – deyə dövlət başçısı bildirib.

İkinci partiyada Kiyevə tədarük olunan qırıcıların sayı barədə məlumat verilmir.

Qeyd edək ki, noyabr ayında Danimarkanın Baş naziri Mette Frederiksen altı ədəd F-16 qırıcısının Ukraynaya təhvil verildiyini və daha 13 təyyarənin tədarükünün planlaşdırıldığını elan edib.

Son xəbərlər
Digər xəbərlər