25 C
Baku
Saturday, July 27, 2024

Ukrayna Dünya Bankından 203 milyon dollar kredit aldı

Ukrayna Böyük Britaniyanın zəmanəti ilə Dünya Bankından 203 milyon dollar məbləğində kredit alıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dünya Bankından Ukraynanın dövlət büdcəsinə 203 milyon dollarlıq əlavə maliyyələşdirmənin ikinci hissəsi daxil olub. Birinci hissə ilə birlikdə Böyük Britaniya təminatlı kreditin ümumi həcmi 500 milyon dollardır.

Məlumata görə, kredit güzəştli şərtlərlə verilib, ödəmə müddəti 5 il, güzəşt dövrü ilə 18,5 il, faiz dərəcəsi illik 0,25 faiz təşkil edir.

 

Qeyd edilib ki, vəsait uşaqlı ailələrə sosial yardımın ödənilməsinə və dövlət ali təhsil müəssisələrində çalışan işçilərin maaşlarının ödənilməsinə sərf olunacaq.

Son xəbərlər
Digər xəbərlər