Rusiya tərəfdən enerji istehsalı obyektlərinə qarşı raket hücumundan sonra Ukrayna elektrik enerjisi ixracını dayandırıb.
Bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında göstərilir ki, stansiyaların iş rejimi pozulduğu üçün Ukrayna 11 oktyabr tarixindən elektrik enerjisi ixracını dayandırır. Məqsəd ölkənin enerji sisteminin sabitliyini təmin etməkdir.