15 C
Baku
Friday, May 3, 2024

Ukrayna Fransadan 300 milyon avro kredit alacaq

Ukrayna Fransa İnkişaf Agentliyindən 300 milyon avro kredit alacaq.

UNİAN xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Fransalı həmkarlarımıza operativ qərara görə minnətdaram. Bizə verilən vəsait Rusiya ilə genişmiqyaslı müharibə şəraitində maliyyə sisteminin sabitliyini qorumaq üçün son dərəcə vacibdir”, – deyə maliyyə naziri Sergey Marçenko bildirib.

Qeyd edək ki, kredit illik 1,04% sabit faiz dərəcəsi ilə 15 il müddətinə verilir.

Vəsait dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldiləcək.

Daha əvvəl bildirilib ki, Avropa İttifaqı ölkənin bərpası üçün Ukrayna ilə fond yaradır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər