32 C
Baku
Monday, July 22, 2024

Ukrayna gələn il müdafiə və təhlükəsizlik xərclərinə $27 milyarddan çox pul ayıracaq

2023-cü ildə Ukrayna hakimiyyəti müdafiə və təhlükəsizlik ehtiyacları üçün 1 trilyon qrivnadan (27 milyard dollardan çox) çox vəsait ayırmağı planlaşdırır.

Bu barədə çərşənbə günü Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“Gələn il bir trilyon qrivnadan çox vəsait təhlükəsizlik və müdafiə sektoruna yönəldiləcək. Bu, bir nömrəli prioritet olacaq”, – deyə o, videomüraciətində hökumət başçısı, maliyyə naziri ilə görüşünün nəticələrindən danışarkən bildirib.

“The Wall Street Journal” yazır ki, Ukraynanın hərbi xərclərə görə büdcə kəsiri ayda təxminən 5 milyard dollar təşkil edir, bu səbəbdən ölkə sosial öhdəliklərini yerinə yetirməkdə çətinliklərlə üzləşir.

Xüsusilə, münaqişə ilə bağlı xərclər büdcənin təxminən 60%-ni, vergi gəlirləri isə dövlət xərclərinin yalnız 40%-ni əhatə edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər