11 C
Baku
Sunday, November 17, 2024

Ukrayna G20 görüşündən Kremlin tam iqtisadi və siyasi izolyasiyasını gözləyir

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisi İndoneziyada keçirilən G20 iclasından gözləntilərini açıqlayıb.

Bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak “Twitter”də bildirib.

“Ukrayna G20 görüşündən nə gözləyir? Liderlik və həll yolları: Kremlin tam iqtisadi və siyasi izolyasiyası. Rusiya nümayəndələri üçün İndoneziyada keçirilən G20 iclası utanc yerinə çevrilməlidir”, – Podolyak qeyd edib.

Xatırladaq ki, Balidə G20 ölkələrinin XİN rəhbərlərinin iclası keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər