7 C
Baku
Sunday, December 15, 2024

Ukrayna G7-dən Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edir

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyev vilayətinin Buça şəhərində törədilən qətliamlara görə “Böyük Yeddilik” (G7) ölkələrindən Rusiyaya qarşı yeni sərt sanksiyalar tələb edib.

Bu barədə Kulebanın tviter hesabında paylaşım edib.

“Buçadakı qətliamlar qəsdən törədilib. Rusiya hərbçiləri mümkün qədər çox ukraynalı öldürməyə çalışır. Biz onları dayandırmalı və qovmalıyıq. Mən G7-dən dərhal yeni sanksiyalar tələb edirəm”, – Kuleba yazıb.

Xarici işlər naziri tətbiq edilməli yeni məhdudiyyətləri də sadalayıb:

Rusiyadan neft, qaz və kömür tədarükünə tam embarqo;

Rusiya gəmiləri və malları üçün bütün limanların bağlanması;

Rusiyanın bütün banklarının beynəlxalq SWIFT sistemindən ayrılması.

 

Xatırladaq ki, aprelin 2-də Ukrayna Milli Polisinin xüsusi təyinatlıları Buçanın təmizlənməsinə başlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər