25 C
Baku
Saturday, July 13, 2024

Ukrayna hərbçiləri 4 yaşayış məntəqəsini azad edib

Ukrayna Silahlı Qüvvələri Nikolayevsk və Xerson vilayətlərinin inzibati sərhədləri yaxınlığındakı 4 yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib.

Məlumatı Ukraynanın “Cənub” Əməliyyat Komandanlığı yayıb.

Bildirilib ki, ötən sutkada Rusiya bu istiqamətdə 47 canlı qüvvə, 2 zenit-raket kompleksi, 8 avtomobil texnikası, 2 PUA, bir radiolokasiya stansiyası, bir dezel-generatoru itirib.

Ukrayna Silahlı Qüvvələri bu bölgədə Rusiyanın 7 anbarını, sursat və yanacaq-sürkü materialları aparan karvanını məhv edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər