22 C
Baku
Monday, July 22, 2024

Ukrayna HHQ ötən axşam zərərsizləşdirilən İran istehsalı dronların sayını açıqlayıb

“Aprelin 21-də saat 19:00 (Bakı vaxtı ilə 20:00 – red.) radələrində düşmən Ukraynaya cənub-şərq istiqamətindən “Şahid-136/131” zərbə kamikadze dronları vasitəsilə hücum edib”.

Bunu Ukrayna Hərbi Hava Qüvvələri teleqramda açıqlayıb.

Bildirilib ki, qarşı tərəfin hücum edən 5 dronundan 4-ü məhv edilib.

Xatırladaq ki, aprelin 21-də axşam Ukraynanın cənub-şərqindəki bir sıra bölgələrdə hava həyəcanı təbili çalınıb, Zaporojyedə bir neçə partlayış səsləri eşidilib.

Son xəbərlər
Digər xəbərlər