Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi olub.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak “Twitter”də bildirib.
“44 nəfərimizi evə gətirə bildik. Onlar Mariupolu, “Azovstal”ı, Xerson vilayətini müdafiə ediblər, Şərqdə düşmənə qarşı vuruşublar. Biz eyni zamanda iki mülki vətəndaşımızı da azad etdik”, – Yermak bildirib.