18 C
Baku
Sunday, September 8, 2024

Ukrayna ilin sonuna kimi müdafiə xərclərini 12 milyard dollar artırmaq niyyətindədir

Ukrayna hökuməti müdafiə ehtiyacları üçün əlavə 495,3 milyard qriven (təqribən 11,9 milyard ABŞ dolları) ayrılmasını nəzərdə tutan 2024-cü ilin dövlət büdcəsinə dəyişikliklər haqqında qanun layihəsini təsdiqləyib.

Bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk “Teleqram” kanalında məlumat verib.

Hökumətin təşəbbüsü digər büdcə proqramları üzrə xərclərin də təxminən 5 milyard qriven (təqribən 120,5 milyon ABŞ dolları) artırılmasını nəzərdə tutur. Büdcə balansını təmin etmək üçün onun gəlirlərini 214,5 milyard qriven (5,2 milyard ABŞ dolları) artırmaq və əlavə olaraq 220,9 milyard qriven (5,3 milyard ABŞ dolları) məbləğində borc almaq planlaşdırılır.

Həmçinin bir neçə qeyri-müdafiə xərclərinin, eləcə də 65,7 milyard qriven (1,6 milyard ABŞ dolları) məbləğində kreditin verilməsi xərclərinin azaldılması planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər