7 C
Baku
Saturday, December 7, 2024

Ukrayna ilin sonuna qədər Qərbdən daha 20 milyard dollar almağı planlaşdırır

Ukrayna Maliyyə Nazirliyi ilin sonuna qədər Qərb tərəfdaşlarından daha 20 milyard ABŞ dolları almağı gözləyir və müvafiq danışıqlar aparılır.

Bu barədə ölkənin maliyyə naziri Sergey Marçenko bildirib.

Onun sözlərinə görə, iyunda Ukrayna təxminən 4,8 milyard dollar, iyulda isə daha 4 milyard dollara yaxın vəsait cəlb etməyi planlaşdırır.

Marçenko həmçinin bildirib ki, Ukrayna büdcəsinin gəlirlərinin yalnız üçdə biri öz mənbələrindən, qalan üçdə ikisi isə xarici qrantlar və kreditlər hesabına formalaşıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər