14 C
Baku
Friday, November 22, 2024

Ukrayna ilin sonunadək müharibənin qaynar mərhələsini başa vura bilər – Zelenski Ukrayna müharibənin qaynar mərhələsinə son qoya bilər

Ukrayna müharibənin qaynar mərhələsinə son qoya bilər. Bunun 2024-cü ilin sonuna qədər baş verməsi mümkündür.

Bu sözləri BBC telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“İnanıram ki, biz bir olsaq və məsələn, sülh sammiti formatına əməl etsək, müharibənin qaynar mərhələsinə son qoymaq mümkündür. Bu ilin sonuna qədər bunu başa çatdırmağa cəhd edə bilərik. Plan hazır olacaq. Əgər bu, müharibənin qaynar mərhələsinin sona çatmasına gətirib çıxararsa, çox düzgün və güclü addım olar”, – o vurğulayıb.

Zelenski vurğulayıb ki, plan tərəfdaşlarla ortaq olmalıdır, eyni zamanda, bu, onların istəyindən asılıdır ki, müharibə bitdikdə, heç kim bu təşəbbüslə oyun oynamasın. Onun sözlərinə görə, tərəfdaşlar Rusiyaya təzyiq göstərməlidir ki, Moskva masa arxasına oturub müharibəni bitirmək barədə düşünməyə razı olsun.

“Bu, bizim bütün əraziləri güc yolu ilə geriyə qaytarmağımız anlamına gəlmir. Hesab edirəm ki, burada diplomatiyanın gücü kömək edə bilər”, – deyə dövlət başçısı bildirib.

Son xəbərlər
Digər xəbərlər