6 C
Baku
Sunday, December 15, 2024

Ukrayna infrastrukturuna 100 mlrd. dollar ziyan dəyib

“Hərbi əməliyyatlar başlayandan bəri Ukrayna infrastrukturuna dəymiş ziyan 100 milyard dollar dəyərində qiymətləndirilir”.

Bunu “Bloomberg” Agentliyinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

“Amma bütün zərəri qiymətləndirmək çətindir, çünki infrastruktura hücumlar davam edir”, – o deyib.

Onun sözlərinə görə, Ukraynanın büdcə kəsiri aylıq 5 milyard dollar təşkil edir, lakin gələn il Kiyev bu rəqəmi 3 milyard dollara endirməyə ümid edir.

Xatırladaq ki, daha əvvəl Avropa Komissiyası, Ukrayna hökuməti və Dünya Bankı Ukraynanın bərpası üçün xərcləri 349 milyard dollar qiymətləndirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər