Ukrayna Ordusu ötən gecə Rusiyanın dronlarının kütləvi hücumu zamanı ölkənin hava məkanında 52 “Şahid”i vurub. Ümumilikdə rusiyalılar 54 zərbə PUA-sı işə salıblar.
Bu barədə Ukraynanın Hərbi Hava Qüvvələrinə istinadən məlumat verir.
“2023-cü il mayın 28-nə keçən gecə düşmən şimaldan – Bryansk vilayətindən (RF), cənubdan – Krasnodar vilayətindən (RF) İranın “Şahid-136/131” pilotsuz uçuş aparatları ilə Ukraynaya hücum edib”, – məlumatda bildirilib.
Qeyd edək ki, məlumata əsasən ötən gecə Ukraynaya rekord sayda kamikadze dronu ilə hücum edilib.