Ukrayna Rusiya Federasiyasının Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma “referendumlar” keçirmək niyyətini diqqətlə izləyir.
Bu barədə Ukrayna XİN-nin bəyanatında deyilir. Nazirlik rəsmi Kiyevin bu “referendumlar”ın nəticələrini tanımayacağını söyləyib.
“Belə saxta plebisitlərin heç bir hüquqi nəticəsi olmayacaq. Onlar Ukraynanın inzibati-ərazi quruluşunu və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişə bilməyəcəklər. Ukrayna və beynəlxalq ictimaiyyət bu referendumları qeyri-legitim və hüquqi nəticələri olmayan hesab edir və tanımır”.