4 C
Baku
Sunday, February 25, 2024

Ukrayna işğal şayiələrindən hər ay 2-3 mlrd. dollar itirir

Ukraynanın valyuta bazarına spekulyativ təzyiq 1,5-2 mlrd. ABŞ dollar qiymətləndirilir, qaytarılması mümkün olmayan itkilər isə ayda 2-3 mlrd. dollar təşkil edir.

Bu barədə “RBC-Ukrayna”ya müsahibəsində Ukrayna Prezidentinin aparat rəhbərinin müavini Rostislav Şurma bildirib.

“Biz görürük ki, belə bir gərgin vəziyyətdə geri qaytarıla bilməyən itkilər ayda 2-3 mlrd. dollar təşkil edir. Bunlar dayandırılmış investisiyalar və əlavə inflyasiya, turizm sektorunda itkilər və hava səyahətlərinin azalmasıdır. Maliyyə bazarlarına da spekulyativ təzyiqlər var ki, bu da borc götürməyi əngəlləyir, məzənnəyə təzyiq göstərir. Bu məbləğ təxminən 1,5-2 mlrd. dollar təşkil edir”, – Şurma qeyd edib.

O, ölkədə “stress səviyyəsi” olduğu müddətdə aylıq 2-3 mlrd. dollar itkilərin davam edəcəyini, lakin vəziyyət sabitləşərsə, itkilərin azala biləcəyini söyləyib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər