Ukrayna Prezidenti Volodimir Zelenski İsrailin “Patriot” hava hücumundan müdafiə sistemini Kiyevə təhvil verdiyini açıqlayıb.
Bu barədə “Ölkənin siyasəti” teleqram kanalı məlumat yayıb.
Zelenskinin sözlərinə görə, İsrail hava hücumundan müdafiə sistemini bir ay əvvəl təhvil verib. Üstəlik, Ukrayna tezliklə daha iki analoji sistem alacaq. Bununla bağlı Ukrayna lideri dəqiq müddət göstərməyib.