“Ukrayna İsraildən müasir hava təhlükəsi xəbərdarlığı texnologiyaları alacaq”.
Bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.
Onun sözlərinə görə, söhbət raket və dronlarla bağlı xəbərdarlıq sistemlərindən gedir: “Bu istiqamətdə iş gedir. Hesab edirəm ki, müəyyən vaxtdan sonra həmin texnologiyalar bizdə olacaq”.
Qeyd edək ki, daha əvvəl İsrailin yeni xarici işlər naziri Eli Koen Rusiya-Ukrayna müharibəsinə münasibətin dəyişəcəyini bildirmişdi.