İran Rusiya ordusunu gülləkeçirməz jilet və dəbilqə ilə təmin edəcək.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi məlumat yayıb.
Bildirilib ki, yaxın zamanda 3000 ədəd mühafizə dəsti – 1500 gülləkeçirməz jilet, 1500 ədəd “Milad” (İran) istehsalı olan dəbilqənin təhvil verilməsi planlaşdırılır: “Hazırda İran döyüş sursatları 3-cü motoatıcı diviziyasının 1061 logistika mərkəzinin (Soloti/Valuvaika, Belqorod vilayəti) anbarındadır”.
Ukrayna Müdafiə Nazirliyindən o da bildirilib ki, İran hakimiyyəti Rusiyaya yeni tipli PUA – “Arash-2” və İran raketlərinin döyüş istifadəsində kömək etmək üçün yeni məsləhətçilər qrupu göndərməyi də planlaşdırır.