5 C
Baku
Monday, February 26, 2024

Ukrayna kəşfiyyatı: “Rusiyanın cəmi 2-3 kütləvi hücum üçün raketi qalıb”

“Rusiyanın raketləri tükənib və cəmi 2-3 kütləvi hücum üçün raketlər qalıb”.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

O söyləyib ki, söhbət yüksək dəqiqlikli silahlardan gedir: “Buraya Kh-101, Kh-555 raketləri, “İsgəndər”lər və digərləri daxildir. Onlardan uzaq məsafə üçün istifadə edilir”.

Qeyd edək ki, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bu yaxınlarda bildirmişdi ki, Rusiyanın silah arsenalında təxminən 150 raket qalıb. Onun sözlərinə görə bu göstərici Ukraynaya 2 kütləvi hücuma kifayət edə bilər.

Son xəbərlər
Digər xəbərlər