10 C
Baku
Friday, December 13, 2024

Ukrayna kəşfiyyatının Krımda keçirdiyi əməliyyatın detalları açıqlanıb

Ukrayna kəşfiyyatının Krım yarımadasında keçirdiyi əməliyyatın detalları məlum olub.

Bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oliksiy Danilov danışıb.

O bildirib ki, xüsusi əməliyyat zamanı ən müasir silahlardan istifadə olunub: “Çox güclü əməliyyat keçirdik. Qarşı tərəfin bizim qarşıya qoyduğumuz tapşırıqların icrasına mane olmaq imkanı yoxdur”.

O.Danilovun sözlərinə görə, bundan əvvəl də təhlükəsizlik qüvvələri müxtəlif xüsusi əməliyyatlar keçirib: “Amma onların hamısı haqqında məlumat vermək olmaz. Bircə onu deyə bilərəm ki, müharibə bütün torpaqlarımız, o cümlədən Krım azad olunmayanadək bitməyəcək”.

Təhlükəsizlik və Müdafiə Şurasının katibi əlavə edib ki, zərurət yaranarsa, yarımada hərbi yolla azad olunacaq: “Əgər qarşı tərəf bizim torpaqlarımızdan mümkün qədər tez çıxmasa, bu, belə də olacaq”.

Xatırladaq ki, Ukrayna kəşfiyyatçıları Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadada avqustun 24-də xüsusi əməliyyat keçirib.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da Krımda quru əməliyyatlarına başlayacaqlarını söyləyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər