10 C
Baku
Monday, November 18, 2024

Ukrayna Kadırovu axtarışa verib

Ukrayna Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verib.

Onun adı Ukrayna Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Axtarışı Ukrayna Təhlükəsizlik Xidməti aparır. Çeçen lider “Ukraynanın ərazi bütövlüyünə qəsd” və “müharibə başlatma” maddələri ilə başlanmış cinayət işinin istintaqı ilə bağlı axtarışa verilib. Bu maddələrə əsasən, Kadırova 7 ildən 15 ilədək həbs düşür.

Onu da qeyd edək ki, oktyabrın 10-da Ukrayna Rusiya qoşunlarının komandanı general Sergey Surovikini ərazi bütövlüyünə qəsd maddəsi ilə axtarışa verib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər