25 C
Baku
Friday, July 19, 2024

Ukrayna Kanadadan yeni tanklar istəyəcək

Ukrayna prezidenti Vladimir Zelenski Kanadanın Baş naziri Castin Trüdodan Kiyevə “Leopard 2” tankları istəməyi planlaşdırır.

Bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak “The Globe and Mail” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, tankların verilməsi üçün Almaniya ilə texnikanın təkrar ixrac edilməsi məsələsi həll edilməlidir və zirehli texnikanın ötürülməsində ilk addımı Almaniya atmalıdır, çünki onlar texnologiyanın sahibidirlər.

Podolyak həmçinin ümid etdiyini bildirib ki, Almaniya kansleri Olaf Şolts tezliklə tankların tədarükü üçün lazımi icazəni verəcək.

Məlumatda o da əlavə olunub ki, Polşa və Finlandiya artıq Ukraynaya bir sıra belə tanklar göndərməyə hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, 2007-ci ildə Kanada Almaniyadan 82 ədəd “Leopard 2” tankı alıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər