34 C
Baku
Wednesday, August 17, 2022

Ukrayna lideri dünya böhranı barədə xəbərdarlıq edib

Ukraynanın müharibə şəraitində öz torpaqlarını becərməsi çətin olacaq.

Bu barədə ölkə başçısı Volodimir Zelenski Qətərin paytaxtı Dohada keçirilən forumda çıxışında deyib.

Zelenski bildirib ki, Ukrayna dünyanın ən mühüm neft, buğda və qarğıdalı ixracatçılarından biridir: “Dünya COVID-19 pandemiyasından sonra bərpa oluna bilmədi və qida ilə bağlı risk altındadır. Rusiyalılar taxıl becərilməsinin qarşısını almaq üçün Ukrayna torpağını qazır, kənd təsərrüfatı texnikası və yanacaq çənlərini vurur. Limanlarımızı işğal etdilər. Ölkəmizdə kifayət qədər ərzaq var, amma ixracın qarşısının alınması bir çox ölkələrə ziyan vuracaq. İslam ölkələri, Latın Amerikası dövlətləri və digər ölkələr bundan əziyyət çəkəcək. Biz dünyada taxıl böhranının qarşısını almalıyıq”.

Dövlət başçısı deyib ki, Rusiyaya qarşı tətbiq edilən bütün sanksiyalar onu sülhə məcbur etmək üçündür: “Avropadan Rusiya qazı və neftinin alınmasını ləğv etmək vaxt aparacaq. Qətər enerji baxımından perspektivli tərəfdaşdır. Avropanın gələcəyi sizin sanksiyalarınızdan asılıdır. Enerji resurslarınızın istehsalını artırın. Rusiya enerji məsələsindən dünyanı təhdid edəcək silah kimi istifadə etməməlidir”.

 

 

Son xəbərlər
Oxşar xəbərlər