Üç Qara dəniz limanı – Yujnı, Çernomorsk və Odessa – işini bərpa edib.
Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, onlar “ərzaq müqaviləsi” fonunda kənd təsərrüfatı məhsulları daşıyan gəmilərin qəbul edilib-göndərilməsinə hazırlaşır.
“Ukrayna limanlarının taxıl ixracı üçün blokdan çıxarılmasına dair sazişin imzalanması ilə əlaqədar Odessa, Çernomorsk və Yujnı limanlarında işlər bərpa edilib”, – deyə məlumatda bildirilir.
Ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti onu da qeyd edib ki, gəmilərin dəniz limanlarına giriş-çıxışı aparıcı gəmini müşayiət edən karvanın formalaşdırılması ilə həyata keçiriləcək.