Ukrayna Mərkəzi Bankının (UBM) İdarə Heyəti uçot dərəcəsinin 17,5%-dən 18%-ə qaldırılması barədə qərar qəbul edib.
Rusiya mətbuatına istinadən, bu barədə qurumun açıqlamasında qeyd olunub.
Yeni uçot dərəcəsi sabahdan qüvvəyə minəcək.
UMB hesab edir ki, 2019-cu ildə ölkə iqtisadiyyatında 2,5%, 2020-ci ildə isə 2,9% artım baş verəcək.