2 C
Baku
Saturday, December 14, 2024

Ukrayna Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Ukrayna Mərkəzi Bankının (NBU) bu gün keçirilmiş növbəti iclasında uçot dərəcəsi 14,5%-dən 16%-ə yüksəldilib.

TASS-a istinadən, buna səbəb ölkədə inflyasiyanın sürətlənməsidir.

NBU-dan verilən açıqlamada bildirilir ki, ortamüddətli perspektivdə inflyasiya hədəf səviyyəyə endirilənə qədər sərt pul siyasəti davam etdiriləcək. Qərardan sonra Ukraynada ABŞ dollarının məzənnəsi 0,7% azalaraq 28,75 qrivnaya düşüb.

Qeyd edək ki, sonuncu dəfə Ukraynada uçot dərəcəsi ötən il dekabrın 14-da 13,5%-dən 14,5%-ə çatdırılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər