11 C
Baku
Tuesday, November 26, 2024

Ukrayna MDB çərçivəsində səhiyyə ilə bağlı sazişdən çıxıb

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişdən çıxıb.

Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk deyib.

“Vəziyyətin köklü dəyişməsi ilə əlaqədar Ukrayna səhiyyə sahəsində əməkdaşlıq haqqında 1992-ci il iyunun 26-da Minskdə imzalanmış sazişdən çıxdı”, – o bildirib.

Ukrayna, həmçinin sazişə əlavə və dəyişikliklərlə bağlı iki protokoldan da çıxıb.

Son xəbərlər
Digər xəbərlər