11 C
Baku
Tuesday, November 26, 2024

Ukrayna MDB çərçivəsində üç sazişdən çıxıb

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə səylərinin əlaqələndirilməsini nəzərdə tutan üç sazişdən çıxıb.

Bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının qərarlarından, dəqiq desək, 24 sentyabr 1993-cü ildə Moskvada imzalanmış “Mütəşəkkil cinayətkarlığa və cinayətin digər təhlükəli növlərinə qarşı mübarizə üzrə Koordinasiya Bürosu haqqında” qərardan, 2005-ci il noyabrın 25-də Moskvada imzalanmış “Mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu haqqında Əsasnamə haqqında” qərardan və 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda imzalanmış “Mütəşəkkil cinayətkarlıqla və cinayətin digər təhlükəli növlərinə qarşə mübarizə üzrə Koordinasiya Bürosu haqqında Əsasnaməyə əlavə və dəyişikliklər edilməsi haqqında” qərardan çıxıb”, – o, teleqram kanalında yazıb.

Qeyd edək ki, Ukrayna hökuməti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.

Son xəbərlər
Digər xəbərlər