27 C
Baku
Wednesday, July 24, 2024

Ukrayna MN: “Rusiya Xəzər dənizindən 18 qanadlı raket atıb”

Rusiya qüvvələri ötən gün Ukrayna hədəflərinə qanadlı raketlər də daxil olmaqla 50 aviazərbə endirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Aleksandr Motuzyanik Kiyevdə keçirdiyi brifinqdə bildirib. O, Rusiya qüvvələrinin Xarkov, Donetsk, Kirovoqrad, Odessa, Lvov və Zakarpatya regionlarına aviazərbələr endirilməsi üçün əməliyyat-taktiki və strateji aviasiya vasitələrindən istifadə etdiyini vurğulayıb.

MN rəsmisi əlavə edib ki, Rusiyanın Tu-160 strateji bombardman təyyarəsi Ukrayna ərazisindəki nəqliyyat infrastrukturunun dağıdılması məqsədi ilə Xəzər dənizi üzərindəki hava məkanından 18 qanadlı raket buraxıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər