26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Ukrayna MN Rusiyanın nüvə silahından istifadə edəcəyini proqnozlaşdırmır

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın nüvə silahından istifadə edə biləcəyini proqnozlaşdırmır.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Aleksanr Motuzyanik keçirdiyi brifinqdə deyib:

“Nüvə silahları Rusiyanın sonuncu üstünlüyüdür. Hələlik biz Rusiyanın bu silahlardan istifadə edə biləcəyinə dair heç bir əlamət görmürük. Kəşfiyyatımızda belə bir məlumat yoxdur”.

Aleksanr Motuzyanik əlavə edib ki, Ukraynanın məlumat mübadiləsi etdiyi xarici tərəfdaşları və xarici kəşfiyyat təşkilatları da bu məlumatı hələki təsdiqləməyib.

Bununla belə, o, vurğulayıb ki, Ukrayna bu cür neqativ presedentlər də daxil olmaqla vəziyyətin istənilən inkişafına hazır olmalıdır.

 

 

Son xəbərlər
Oxşar xəbərlər