Ukrayna Moskvada yaşayış binalarına pilotsuz uçuş aparatları (PUA) ilə edilən hücumla əlaqəsi olmadığını açıqlayıb.
Bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak öz tviter hesabında açıqlayıb.
“Hücumlarla birbaşa əlaqəmiz yoxdur”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Moskvada yaşayış binalarına PUA-larla hücum edilməsi barədə məlumat yayılıb. Rusiya Müdafiə Nazirliyi Ukraynanın təyyarə tipli 8 pilotsuz uçuş aparatı ilə Moskvaya hücum etməyə cəhd etdiyini açıqlayıb. PUA-ların hamısının zərərsizləşdirildiyi bildirilir.