9 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Moskvaya PUA-larla hücum edib

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib.

Bunu Moskvanın meri Sergey Sobyanin bildirib.

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və aviabazaya edilib.

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir.

S.Sobyanin deyib ki, itki və dağıntı qeydə alınmayıb.

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər