10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Ukrayna müdafiə naziri: “Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər”

“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.

Bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov deyib.

O bildirib ki, Rusiya ilə Ukrayna sərhədində genişmiqyaslı hərbi gərginliyin yanvarın sonunda artacağı ehtimal olunur:

“Bizim vəzifəmiz isə eskalasiyanın qarşısını almaqdır. Tərəfdaşlarımızla birlikdə nə qədər yaxşı işləsək, eskalasiya təhlükəsi bir o qədər az olacaq. Biz proseslərin diplomatik həllində maraqlıyıq. Odur ki, tərəfimizdən hansısa təxribat ola bilməz”.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər