10 C
Baku
Sunday, April 14, 2024

Ukrayna müharibəsi dünyaya 1.6 trln. dollara başa gəlib

Köln İqtisadi Araşdırmalar İnstitutunun hesablamalarına görə, Ukrayna müharibəsi ötən il dünyaya 1.6 trilyon dollara başa gəlib. Hesabatın müəllifi Mixael Grömlingenin sözlərinə görə, cari ildə müharibənin nəticələri qlobal iqtisadiyyata 1 trilyon dollara başa gələ bilər.

Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.

İnstitutun nümayəndələri öz hesablamaları üçün Beynəlxalq Valyuta Fondunun 2022-ci ilin faktiki iqtisadi göstəricilərini 2021-ci ilin proqnozları ilə – yəni Rusiyanın xüsusi əməliyyatından əvvəl müqayisə edən proqnozlarını əsas götürüblər.

Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun prezidenti Marsel Fratçer dünən bildirib ki, Ukraynadakı münaqişə və bunun doğurduğu enerji qiymətlərinin artması Almaniya iqtisadiyyatının 100 milyard avro itirməsinə səbəb olub.

Son xəbərlər
Digər xəbərlər