12 C
Baku
Friday, January 10, 2025

Ukrayna münaqişəsinin həlli üçün “Kiyev planı”nın şərtləri açıqlanıb

Ukrayna münaqişəsinin həlli üçün “Kiyev planı”nın şərtləri açıqlanıb.

Şərtləri özündə əks etdirən sənəd Ukrayna Prezident Ofisinin mətbuat xidməti tərəfindən təqdim olunub.

Sənəddə öz əksini tapan şərtlərdən biri, Ukrayna kənd təsərrüfatı məhsullarının Qara dəniz limanları vasitəsilə maneəsiz ixracı, Ukrayna taxılının Avropaya ixracı üçün quru və çay marşrutlarının yaradılması ilə bağlı Avropa İttifaqının “EU Solidarity Lanes” təşəbbüsünün həyata keçirilməsidir.

Bununla yanaşı, Ukraynanın enerji infrastrukturunun bərpası üçün tədbirlər həyata keçirilməli, Ukraynanın ərazi bütövlüyü tanınmalı, həmçinin, təhlükəsizlik təminatı məsələsi həllini tapmalıdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər