Ukrayna nümayəndə heyəti ABŞ-nin təklif etdiyi Ukrayna münaqişəsinin həlli planını müzakirə etmək üçün İsveçrəyə gedib.
Bu barədə Ukraynanın “Strana.ua” saytı məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (NSDC) katibi Rustem Umerov ABŞ-nin təklif etdiyi planla bağlı məsləhətləşmələrin İsveçrədə keçiriləcəyini açıqlamışdı.







