Ukrayna Ordusu Donetsk vilayətinin Baxmut şəhəri yaxınlığında əks-hücuma başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.
Qeyd olunub ki, Ukrayna qoşunları Limanski və Kupyanski istiqamətlərində Rusiya qüvvələrinin irəliləməsini dayandırıb.
Hazırda Baxmut istiqamətində şiddətli döyüşlər gedir: “Düşmən ehtiyatlardan istifadə edir və güclü müqavimət göstərir”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. 10 aydan çoxdur ki, Baxmutda vəziyyət gərgindir. Şəhərin mərkəzi Rusiya qoşunlarının nəzarətindədir.