Ötən gün Rusiya qüvvələrinə böyük itkilər verdirən Ukrayna hərbçiləri Baxmutda effektiv əks-hücum həyata keçirir.
Bu barədə Ukrayna ordusunun məlumatında bildirilib.
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin də Ukrayna ordusunun Baxmut şəhərinin cənubunda irəliləyə bilməsini təsdiqləyib. O, Rusiya bölmələrinin ukraynalılarla döyüşdən qaçdığını, bunun isə öz muzdluları arasında çoxlu itkilərə yol açdığını vurğulayıb:
“72-ci briqada sadəcə olaraq buradan qaçıb”, – Priqojin deyib.