“Baxmutda strateji yüksəklikləri ələ keçirmişik və proses davam edir”.
Bunu Ukrayna Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski teleqramda yazıb.
O bildirib ki, Ukrayna Silahlı Qüvvələri, həmçinin meşə zolaqlarını tutaraq ayrı-ayrı istiqamətlərdə hücumlar həyata keçirir.
A.Sırskinin sözlərinə görə, Rusiyanın hərbi rəhbərliyi ən hazırlıqlı bölmələrini məhz Baxmuta cəmləşdirib: “Aydındır ki, planlarımızda vaxtaşırı düzəlişlərə ehtiyac olur. Biz nə etdiyimizi, necə etdiyimizi bilirik”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Rusiya Prezidenti Vladimir Putin iyunun 9-da bildirib ki, Ukrayna əks-hücum əməliyyatlarına başlayıb.