Ukrayna ordusu Donetsk vilayətində daha bir kəndi işğaldan azad edib. 

Bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy bildirib.

O, qeyd edib ki, Rusiya hərbçiləri Andreyevka kəndindən çıxarılıb.

Onun sözlərinə görə, Baxmut ətrafında başqa yaşayış məntəqələri kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.

Çerevatı əlavə edib ki, qarşı tərəfin artıq heç bir üstünlüyü yoxdur, ruslar çox yaxşı hazırlaşır, mövqelərə minalar qoyur, buna görə də hücum əməliyyatlarından əvvəl bütün bölmələr güclü təlim və koordinasiyadan keçir.