-1 C
Baku
Thursday, February 9, 2023

Ukrayna Ordusu daha bir yaşayış məntəqəsini işğaldan azad edib

Ukrayna Ordusunun “Kraken” xüsusi bölməsi və Koş atamanı İvan Serko adına 92-ci ayrı mexanikləşdirilmiş briqada ölkənin Luqansk vilayətinin Novoselivske qəsəbəsini Rusiyanın işğalından azad edib.

Bu barədə “Kraken” teleqramda məlumat yayıb.

“Hücum zamanı düşmən yaşayış məntəqəsindən sıxışdırılıb çıxarılıb, düşmən texnika və canlı qüvvədə itki verib, işğalçıların bir qismi əsir götürülüb.

Kənd Ukrayna Ordusunun nəzarətindədir”, – bölmə açıqlayıb.

Eyni zamanda, hərbçilərin həmin yaşayış məntəqəsində apardığı hərbi əməliyyatların videogörüntüləri də dərc olunub.

Son xəbərlər
Digər xəbərlər
X