Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin daha üç yaşayış məntəqəsini işğaldan azad edib.
Bu barədə Ukrayna ordusunun 127-ci briqadası məlumat yayıb.
Bildirilib ki, Rusiya ilə sərhəddə yerləşən Liptsi, Qlubokoye və Streleçyeni yaşayış məntəqələri işğaldan azad edilib. Həmin məntəqələrdə artıq Ukraynanın dövlət bayrağı dalğalanır.
Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyindən Xarkov vilayətinin 300 yaşayış məntəqəsinin işğaldan azad edildiyi bildirilmişdi.