26 C
Baku
Saturday, July 27, 2024

Ukrayna ordusu Xersonda üç kəndə nəzarəti geri qaytarıb

Ukrayna Silahlı Qüvvələri Xerson regionunun Orlovo, Zagradovka və Koçubeyevka kəndlərinə nəzarəti geri qaytarıb.

“Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Dnipropetrovsk regional şurasının rəhbəri Nikolay Lukaşuk Telegram kanalında bildirib.

O, yaşayış məntəqələrinin Krivoy Roq şəhərindən 50 kilometr məsafədə yerləşdiyini qeyd edib.

Lukaşuk əlavə edib ki, regionun inzibati sərhədləri Ukrayna Silahlı qüvvələrinin, Milli Qvardiyanın və müdafiə dəstələrinin nəzarətindədir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər