4 C
Baku
Sunday, December 4, 2022

Ukrayna ordusunun son 10 gündə azad etdiyi ərazilər Açıqlandı

Ukrayna ordusu son 10 gün ərzində 2000 kvadrat kilometrdən çox ərazini ruslardan təmizləyib.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi yayımladığı axşam videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir.

Zelenski Ukrayna hərbçilərinə təşəkkür etdiyini deyib.

Qeyd edək ki, son günlər Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyatlar nəticəsində Rusiya bəzi strateji şəhərlərdən geri çəkilmək məcburiyyətində qalıb.

Son xəbərlər
Digər xəbərlər
X