29 C
Baku
Sunday, June 29, 2025

Ukrayna piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxır

“Ukrayna piyada əleyhinə minaların istehsalını və istifadəsini qadağan edən Ottava Konvensiyasından çıxır”.

Bunu Ukrayna Ali Radasının deputatı Roman Kostenko deyib.

Onun sözlərinə görə, artıq Prezident Volodimir Zelenski bu barədə müvafiq Fərmanı imzalayıb:

“Bu, müharibə reallığının çoxdan bəri tələb etdiyi addımdır. Rusiya bu konvensiyanın tərəfi olmadığı üçün həmin minalardan bizim hərbçilərimizə və mülki şəxslərə qarşı istifadə edir. Qarşı tərəf bu yolda heç bir maneə ilə üzləşmədiyi halda həmin sənəd bizim əllərimizi bağlayır. Növbəti mərhələdə biz bu məsələnin Ali Rada tərəfindən müzakirəsini gözləyirik”.

Qeyd edək ki, Ukraynanın həmin sənəddən çıxması məsələsi 2023-cü ildən müzakirə edilirdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər