“Belarus Prezidenti Aleksandr Lukaşenko öz suverenliyini Rusiyaya satmaqda davam edir”.
Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.
Onun sözlərinə görə, Kiyev bütün riskləri qiymətləndirir: “Biz istənilən təhlükəyə hazırıq. Durum nəzarət altındadır”.
Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə Aleksandr Lukaşenkonun regional qoşun qruplaşmasının birgə fəaliyyəti haqqında razılığa gəlmələri barədə məlumat yayılıb.