“Ukrayna xüsusi hərbi əks-hücum əməliyyatları ilə məqsədinə çatacaq”.
Bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.
“Rusiya Ukraynadan qovulacaq. Rusiyanın demilitarizasiyası həyata keçiriləcək. Kriminal anklavlar və boz zonalar ləğv ediləcək. “Şər imperiyası”nın reputasiyası məhv ediləcək”, – paylaşımda bildirilib.